AZ

Nizami City bizi cana yığıb, başımıza oyun açır : Vətəndaşın evi görün nə hala düşdü Qalmaqal (VİDEO)

Sitat.info saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yasamal rayon sakini Yasəmən İbrahimova "Nizami City" yaşayış kompleksinin qanunsuz fəaliyyətindən şikayətçidir.

Problemini Sitat.info vasitəsilə ictimailəşdirməyə çalışan vətəndaş bildirir ki, şirkət evinin dörd tərəfini hasara alaraq, tikinti işləri aparır.

Məsələ ilə bağlı vəziyyəti yerində araşdırmaq adıçəkilən ünvana baş çəkdik. Qarşılaşdığımız mənzərə bizi məyus etdi. Yasəmən İbrahimovanın evinin ətrafı xarabalığı xatırladır.  Dörd bir tərəfdə nəhəng kranlar işləyir, hər an təhlükəli vəziyyət yaşana, faciə baş verə bilər.

Ərazidə nəinki tikinti normaları  pozulub, sanki vətəndaşın evinin içərisində iş gedir. 

Y. İbrahimova deyir ki, ağır texnikaların işləməsi səbəbindən evində dərin çatlar yaranıb, evin uçmaq təhlükəsi var. 

Ən təhlükəlisi isə odur ki, tikinti aparılan ərazi ilə ev arasında cəmi 3 metrlik məsafə var.

Şikayətçilər bu haqda daha ətraflı Sitat.inifo-ya danışıblar.

Qeyd edək ki, ötən il də oxşar hadisə ötən il də baş vermişdi. Saytların yazdığına görə , F.İbrahimbəyov küçəsi ev 16-nın sakini il "Nizami City" MTK arasında qalmqal yaşanıb. Qeyd olunub ki, söküntü işi həyata keçirən tikinti şirkəti vətəndaşa rəsmən bir işgəncə yaşadıb. 

Məsələ ilə bağlı "Nizami City" yaşayış kompleksinin nümayəndələrinin də mövqeyini öyrənməyə çalışdıq.

Daha ətraflı videoreportajdan izləyin...

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
4
sitat.info

5Mənbələr