AZ

Bu müəssisəyə məxsus kafedə yoxlama: Qanunsuzluq...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan vətəndaş şikayəti əsasında Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Lalə Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi”nə məxsus “Lalə” kafesində yoxlama aparıblar.

Agentlikdən Axar.az-a verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Həmçinin döşəmə, divar, tavan və işçi masaların asan yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma və drenaj sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Seçilən
19
9
axar.az

10Mənbələr