AZ

Ehtiram Quliyev iş verəcək - Görüşdülər, vəd etdi ki…

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev komandanın keçmiş qapıçısı Kamal Bayramovla görüşüb.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, yayda karyerasını başa vuran sabiq kiper bir xahişlə rəhbər şəxsin qapısını döyüb.

40 yaşlı Bayramov yenidən doğma rayonun təmsilçisinə dönmək istəyini dilə gətirib. Quliyevdən «Turan»ın akademiyasında ona iş verilməsini rica edib.

Sədr bu müraciəti müsbət cavablandırıb. Müvafiq göstəriş verəcəyini onun diqqətinə çatdırıb.

Kamal Bayramov müxtəlif vaxtlarda Tovuz klubunun formasını geyinib. O, ötən mövsümü «Şamaxı»da keçirib və əlcəklərini də elə burada mıxdan asıb.

«Şirlər» qapıçı məşqçisi kimi əsas komandada qalıb işləməsini təklif eləyib, maaşın məbləğinə görə anlaşma əldə olunmayıb və yollar ayrılıb.

SPORTİNFO.AZ

Seçilən
5
sportinfo.az

1Mənbələr