AZ

Azərbaycan atleti Tokioda keçirilən dünya çempionatında mübarizəni başa vurub

Azərbaycan atleti Əlhəm Nağıyev Tokioda keçirilən dünya çempionatında mübarizəni başa vurub.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Atletika Federasiyasından bildirilib.

O, 200 metr məsafəyə qaçışda 48-ci yeri tutub. Məsafəni 21.10 saniyəyə qət edən Ə.Nağıyev yarımfinala yüksələ bilməyib.

Qeyd edək ki, idmançı seçmə mərhələdə botsvanalı olimpiya çempionu Letsil Teboqo ilə eyni start xəttini paylaşıb.

Seçilən
15
4
90deqiqe.az

7Mənbələr