AZ

Medianın İnkişafı Agentliyinin növbəti könüllülük proqramı uğurla yekunlaşıb - FOTO

Mərkəzi Bank “eManat”da ciddi qanun və normativ pozuntuları aşkarlayıb. 

Avtosfer.az xəbər verir ki, “Modenis” MMC-də həyata keçirilən planlı yoxlama çərçivəsində qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib.

Mərkəzi Bank tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçulugun maliyyələşməsinə dair mübarizə, habelə nağd pulla işin təşkili, informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə edilməsi sahələrində çatışmazlıqların aradan qaldırılması üçün icrası “Modenis” MMC-yə məcburi göstərişlər verilib.

Qeyd edək ki, “Modenis” MMC “eManat” əmtəə nişanı adı altında fəaliyyət göstərir.

Seçilən
12
avtosfer.az

1Mənbələr