AZ

"Qarabağ"ın rəqibi transferə ən çox pul xərcləyən klub seçildi

İngiltərənin "Çelsi" klubu transfer ödənişlərinə ən çox vəsait ayıran komanda olub.

90deqiqe.Az Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES saytına istinadən xəbər verir ki, hesablamalara əsas heyətdəki oyunçuların transferləri və icarə müqavilələri üzrə ödənişlər daxil edilib. Nəticəyə görə, London təmsilçisi bu istiqamətdə ümumilikdə 1,3 milyard avro xərcləyib.

Liderlər "üçlüy"ündə digər İngiltərə klubları da yer alıb: "Mançester Siti" 1,128 milyard avro ilə ikinci, "Mançester Yunayted" isə 1,071 milyard avro ilə üçüncü sıradadır.

Daha sonra "Liverpul" (1,065 milyard avro), "Arsenal" (1 milyard avro) və "Tottenhem" (974 milyon avro) qərarlaşıb. Fransanın PSJ-si 873 milyon avro ilə 7-ci yerdədir. İlk onluğu isə "Real Madrid" (854 milyon avro), "Nyukasl" (816 milyon avro) və "Atletiko Madrid" (572 milyon avro) tamamlayıb.

Ümumilikdə siyahıda 100 klub yer alıb.

Qeyd edək ki, "Çelsi" və "Liverpul" UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibləridir.

Seçilən
14
90deqiqe.az

1Mənbələr