ABŞ hökuməti ABŞ vətəndaşlığı üçün müraciət edən əcnəbilərin Birləşmiş Ştatlarda hökumətin tarixi və prinsipləri haqqında biliklərini təmin etmək üçün test imtahanını bərpa edir.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu haqda Daxili Təhlükəsizlik Nazirliyinin yaydığı bildirişdə deyilir.
"ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri 2020-ci ilin vətəndaşlıq imtahanını bərpa edir. Belə ki, əcnəbilərin ABŞ tarixinin əsasları və hökumətin prinsip və forması haqqında bilik və anlayış nümayiş etdirmələri qanunvericilik tələbinə uyğundur", - bildirişdə qeyd olunur.
Bildirişdə həmçinin qeyd olunur ki, yeni tələblər oxuma, yazma, danışıq və anlama daxil olmaqla mövcud ingilis dili testlərini dəyişmir.
Sənəddə o da bildirilir ki, bu sınaq 2020-ci il dekabrın 1-dən 2021-ci il aprelin 30-dək qüvvədə olub. Daha sonra ABŞ administrasiyası əcnəbilər üçün imtahanları 2008-ci il versiyasına qaytarıb.
Qeyd edək ki, 2025-ci ildə tətbiq ediləcək yenilənmiş testdə əcnəbilərə 20 əlavə sual veriləcək, onlardan ən azı 12-nə düzgün cavab verməsi tələb olunacaq.