BMT indiyədək ABŞ-ın Fələstin nümayəndə heyətinin üzvlərinə Baş Assambleyasının 80-ci sessiyasının tədbirlərində iştirak etmək üçün viza verməsi məsələsində irəliləyişə nail ola bilməyib...
APA xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik məlumat verib.
"Mən Fələstin Administrasiyası üçün vizalarla bağlı hər hansı irəliləyişdən xəbərsizəm", - deyə Dujarrik bildirib.
Qeyd edək ki, Dövlət Departamenti BMT Baş Assambleyasının sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək 80-ci sessiyasında iştirak etmək üçün Fələstin Azadlıq Təşkilatının üzvlərinə və Fələstin Muxtariyyətinin rəsmilərinə, o cümlədən Fələstin prezidenti Mahmud Abbasa viza verməkdən imtina edib.
Poliqon.info