AZ

Çexiya Gürcüstan diplomatlarına vizanı BƏRPA ETDİ

Çexiya Gürcüstanda diplomatik və xidməti pasport sahibləri üçün viza rejimi tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.

Xarici işlər naziri Yan Lipavski bu qərarı hakim “Gürcü arzusu” partiyasının “insan hüquqlarına hörmətsizlik, nümayişləri yatırtmaq və vətəndaş cəmiyyətinin zəifləməsi” ilə əlaqələndirib.

Hazırda 12 ölkədə: Rumıniya, Bolqarıstan, Latviya, Litva, Estoniya, Lüksemburq, Hollandiya, Fransa, Belçika, İtaliya, İsveç və Çexiyada Gürcüstan diplomatik və xidməti pasportlarının sahibləri üçün vizasız gediş-gəliş dayandırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr