AZ

FED uçot dərəcəsini azaltdı

ABŞ-nin federal fondlarının faiz dərəcəsi 24 baza bəndi azalaraq illik 4-4,25%-ə endirilib.

"Unikal" xəbər verir ki, qərar Federal Ehtiyat Sistemi tərəfindən qəbul edilib.

FED 2025-ci ildə ABŞ-da inflyasiyanın iyun ayında gözlənildiyi kimi 3% səviyyəsində qalacağını proqnozlaşdırır. Gələn il istehlak qiymətlərinin artımı 2,4%-dən 2,6% səviyyəsində proqnozlaşdırılır.

Bundan əlavə, əvvəllər proqnozlaşdırıldığı kimi işsizliyin 2025-ci ildə 4,5% səviyyəsində qalacağı, 2026-cı ildə isə 4,4%-ə qədər azalacağı gözlənilir.

Seçilən
29
2
unikal.az

10Mənbələr