AZ

“Ehtiyatlı ol, qılınc!”

Kral III Çarlz Vindzor qəsrindəki Fəxri qarovul dəstəsini yoxlayarkən ABŞ Prezidenti Donald Trampla zarafatlaşıb.

Redaktor.az xəbər verir ki, bu haqda “Daily Mail” yazır.

Belə ki, fəxri qarovul dəstəsi ilə tanışlıq zamanı ABŞ prezidenti polkovnik-leytenant Qrinə təşəkkür edib. Əsgər təftişin bitdiyini bildirən qılıncını çiyninə qaldırarkən kral III Çarlz Trampa, “Ehtiyatlı ol, qılınc!”, - deyib.

Qeyd edək ki, sentyabrın 17-də Tramp və xanımı Melaniya kral III Çarlzla görüşmək üçün Vindzor qəsrinə gedib. Onları Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton qarşılayıb.

Seçilən
21
1
redaktor.az

2Mənbələr