AZ

"Transferin baş tutacağından ümidimi itirmədim"

"Bavariya"nın hücumçusu Nikolas Cekson Münhen klubuna keçidi ərəfəsində yaşadığı emosional anlardan danışıb.

90deqiqe.Az xəbər verir ki, "The Touchline" futbolçunun fikirlərini belə çatdırıb:

"Bu, əsl emosional Amerika rollerkosteri idi. Otel otağında ümid və gözləmə içində otururdum. Qısa müddət ərzində çox şey baş verdi. O anda çox çətin idi, amma içimdə keçidin reallaşacağına inanmağa davam edirdim"

Xatırladaq ki, avqust ayında "Bavariya" və oyunçu arasında razılıq əldə olunmuş, "Çelsi" ilə müqavilə şərtləri razılaşdırılmışdı. Lakin "mavilər" Liam Delapın zədəsi səbəbindən senegallını geri çağırmaq qərarına gəldi. Cekson isə transferin baş tutması üçün bütün qüvvəsini səfərbər edib və nəhayət məqsədinə çatıb.

Qeyd edək ki, bu gün "Bavariya" və "Çelsi" Çempionlar Liqasının matçında üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
10
90deqiqe.az

1Mənbələr