AZ

Övladını yaxın qohumla evləndirmək üçün valideynlikdən imtina etməyi düşünənlər var - VİDEO

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobil nəqliyyatı vasitələri ilə 8,867 milyard ABŞ dolları dəyərində 4,146 milyon ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Bu barədə Avtosfer.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 709,483 milyon ABŞ dolları və ya 8,7%, həcm ifadəsində isə 350,011 min ton və ya 9,2% çoxdur.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan 1,646 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 324,606 milyon ABŞ dolları və ya 24,6%, həcm ifadəsində isə 303,688 min ton və ya 20,8% artım deməkdir.

Eyni zamanda, cari ilin ilk səkkiz ayında avtomobil nəqliyyatı vasitəsilə Azərbaycana 7,221 milyard ABŞ dolları dəyərində 2,382 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 384,877 milyon ABŞ dolları və ya 5,6%, həcm baxımıdan isə 46,423 min ton və ya 2% çoxdur.

Seçilən
18
avtosfer.az

1Mənbələr