AZ

Yeni dərs ili, köhnə problemlər: Məktəb təmiri üçün valideynlərdən pul yığılır? - VİDEO

Bakının bir məktəbində valideynlərdən təmir üçün pul yığıldığı iddia olunur.

Moderator.az Xəzər TV-yə istinadla xəbər verir ki, iddialara görə, 22 saylı tam orta məktəbin təmiri üçün valideynlərdən 10 manatdan başlayan ödənişlər tələb olunur. Könüllü daha çox pul vermək istəyənlərə isə "yox" deyilmədiyi bildirilib.

Məsələ ilə bağlı əlavə şikayətlər də mövcuddur. Bildirilir ki, ibtidai sinif şagirdlərinin valideynləri övladlarını məktəbə gətirərkən binaya daxil ola bilmirlər. Məktəb avtomobillərin sürətlə hərəkət etdiyi yolun yaxınlığında yerləşdiyindən hər an təhlükəli vəziyyət yarana bilər.

Məktəbin riyaziyyat müəllimi Veysəl Yarmətov yuxarı sinif şagirdlərinin valideynlərindən təmir üçün pul tələb olunması iddiasına münasibət bildirib.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

 

Seçilən
37
4
moderator.az

5Mənbələr