AZ

Kanada Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb.

Banco.azxəbər verir ki, bankın bəyanatında uçot dərəcəsinin 25 baza bəndi azaldıldığı bildirilib.

Açıqlamada gecəlik faiz dərəcəsinin 2,50 faizə, bank faizinin 2,75 faizə, depozit faizinin isə 2,45 faizə endirildiyi qeyd olunub.

Bəyanatda vurğulanır ki, ABŞ-ın gömrük rüsumları və ticarət sahəsindəki qeyri-müəyyənlik iqtisadi fəaliyyətlər üzərində təzyiq yaradıb və nəticədə Kanadada ÜDM ikinci rübdə təxminən 1,5 faiz azalıb. Son iki ayda məşğulluğun da azaldığı qeyd olunub.

Məlumatda iş yerlərinin itirilməsinin əsasən ticarətə həssas sahələrdə cəmləşdiyi, iqtisadiyyatın digər hissələrində isə məşğulluq artımının yavaşıdığı, bunun isə zəif məşğulluq tendensiyalarını əks etdirdiyi vurğulanıb.

Həmçinin, avqust ayında istehlakçı inflyasiyasının 1,9 faiz səviyyəsində olduğu, əsas inflyasiya göstəricilərinin son aylarda 3 faiz ətrafında dəyişdiyi, baza inflyasiyanın isə təxminən 2,5 faiz olduğu qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
9
banco.az

1Mənbələr