AZ

Böyük İslam ordusu yaradılır: Bu ölkələr birləşir

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin Dohadakı Həmas müzakirəçilərinin iqamətgahına hücumu Yaxın Şərqdə illərdir müzakirə edilən “İslam NATO-su” ideyasını yenidən gündəmə gətirib.

Globalinfo.az xəbər verir ki, hücumdan sonra İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Qətərdə fövqəladə toplantı keçiriblər.

Sammitdə İran və Misirin rəhbərlik etdiyi NATO tipli qarşılıqlı müdafiə paktı məsələsi əsas müzakirə mövzusu olub.

“Newsweek”in təhlilində Qətər görüşü müsəlman ölkələri arasında uzun illərdir gündəmdə olan, lakin həyata keçirilməyən “birgə İslam ordusu” ideyasına ən ciddi cəhd kimi dəyərləndirilib. Hərçənd ki, Tehran və Qahirə rəsmi açıqlamalardan çəkinib, kulislərdə bu dəfə qərarın daha güclü ola biləcəyi bildirilir.

Son aylarda İsrailin İrana 12 günlük hücumları, Qəzzadakı bombardmanlar və son olaraq Dohada Həmas nümayəndələrinə qarşı sui-qəsd cəhdi ölkəni regionda əsas təhdid faktoru kimi ön plana çıxarıb. Təhlillərə görə, tədbir görülməsə, Yaxın Şərq ölkələri İsrailin növbəti hədəfinə çevrilə bilər.

Sonda qeyd olunub ki, Misir Qahirədə yerləşəcək birgə hərbi komandanlıq ideyasını irəli sürüb, İran isə daha genişmiqyaslı “İslam NATO-su” tipli müdafiə paktı çağırışı ilə çıxış edib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
globalinfo.az

2Mənbələr