AZ

Ukrayna yaxın zamanda NATO müttəfiqlərindən yardım ALACAQ

Trampın administrasiyası Ukraynanın yaxın zamanda NATO müttəfiqlərindən yardım alacağını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp administrasiyasından olan mənbə "Suspilne" nəşrinə məlumat verib.

Məlumata görə, PURL maliyyələşdirmə mexanizmi vasitəsilə NATO müttəfiqləri ABŞ istehsalı olan silahları Ukrayna üçün ala biləcəklər.

“Bu, ABŞ müdafiə sənayesinə milyardlarla dollar qazandıracaq və Prezident Trampın Avropanı öz müdafiəsi üçün daha çox məsuliyyət daşımağa təşviq edən gündəmini dəstəkləyəcək,” – deyə mənbə bildirib.

Bizim.Media

Seçilən
11
1
bizim.media

2Mənbələr