AZ

İspaniya millisi DÇ-2026-da iştirakdan imtina edəcək?

İspaniya hökuməti milli komandanın 2026-cı il dünya çempionatında iştirakı ilə bağlı kəskin mövqe bildirib.

Publika.az xəbər verir ki, İspaniya Sosialist Fəhlə Partiyasının konqresdəki nümayəndəsi Paçi Lopes bildirib ki, əgər turnirdə İsrail millisi iştirak edərsə, boykot məsələsi gündəmə gələ bilər.

Hökumətin rəsmi nümayəndəsi Pilar Aleqriya isə “20Minutos”a açıqlamasında bildirib: “Biz hələ dəqiq bilmirik, dünya çempionatında hansı komandalar və ölkələr iştirak edəcək”.

Onun sözlərinə görə, idman real dünyadan və orada baş verənlərdən təcrid olunmuş ada ola bilməz: “Xüsusilə də söhbət insan haqlarının kütləvi şəkildə pozulmasından gedirsə”.

Seçilən
23
publika.az

1Mənbələr