AZ

Tramp kral Çarlzı arxada qoyaraq protokolu pozubmu? - VİDEO

Böyük Britaniya mediasında ABŞ prezidenti Donald Trampın Vindzor qəsrində kral Çarlzla fəxri qarovulun yoxlanışı zamanı protokolu pozub-pozmadığı barədə müzakirələr başlayıb.

Musavat.com xəbər verir ki, ITV və Britaniyanın “Cosmopolitan” nəşrlərinin jurnalistləri hesab edir ki, Tramp kralın önündə yeriməklə kral etiketini pozub. Qaydalara əsasən, monarx rəsmi tədbirlərdə öndə getməlidir.

Britaniyalı aparıcı Narinder Kaur da “X” platformasında paylaşım edərək yazıb:

“Aman Tanrım… O, kralın qarşısında elə gedir ki, guya Çarlz ümumiyyətlə mövcud deyil və heç bir əhəmiyyəti yoxdur!”

Lakin digər şərhçilər qeyd ediblər ki, mərasimin yayımı zamanı açıq şəkildə görünür: Kral Çarlz özü Trampa fəxri qarovulu birgə yoxlama zamanı öndə getməyi təklif edib. 

 

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr