AZ

Buraya gəlmək ilk və yeganə seçimim idi

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qolkiper Canluici Donnarumma “Mançester Siti”yə transferindən sonra təəssüratlarını bölüşüb və komandanın onu necə qarşıladığını danışıb.

Sportal.az xəbər verir ki, PSJ-dən “Mançester Siti”yə 30 milyon avroya transfer olunan qapıçı klubun mətbuat xidmətinə danışıb:

"Elə bil illərdir buradayam, o qədər mehriban qarşıladılar ki. Bununla çox qürur duyuram. Komandanın ailə kimi olması vacibdir: əgər komanda yoldaşın qapını xilas edirsə, buna elə sevinməlisən ki, sanki qol vurulub. Biz meydanda da, meydandan kənarda da bir olmalıyıq. “Mançester Yunayted” üzərində qələbə bizim üçün böyük addım oldu.

Mən tam səmimi oldum. Buraya gəlmək mənim arzum idi. Bu, ilk və yeganə seçimim idi. Bu möhtəşəm komandanın və ailənin bir hissəsi olduğuma görə xoşbəxtəm. Bu rənglər və emblem uğrunda uzun illər hər şeyimi vermək istəyirəm".

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
sportal.az

2Mənbələr