AZ

Böyük İslam ordusu YARADILIR

Ajans.az xəbər verir ki, hücumdan sonra İslam ƏməkdaşlıqTəşkilatına (İƏT) üzv ölkələr Qətərdə fövqəladə toplantı keçiriblər. Sammitdə İranvə Misirin rəhbərlik etdiyi NATO tipli qarşılıqlı müdafiə paktı məsələsi əsas müzakirə mövzusu olub. “Newsweek”in təhlilində Qətər görüşü müsəlman ölkələri arasında uzun illərdir gündəmdə olan, lakin həyata keçirilməyən “birgə İslam ordusu” ideyasına ən ciddi cəhd kimi dəyərləndirilib. Hərçənd ki, Tehran və Qahirə rəsmi açıqlamalardan çəkinib, kulislərdə bu dəfə qərarın daha güclü ola biləcəyi bildirilir. Son aylarda İsrailin İrana 12 günlük hücumları, Qəzzadakı bombardmanlar və son olaraq Dohada HƏMAS nümayəndələrinə qarşı sui-qəsd cəhdi ölkəni regionda əsas təhdid faktoru kimi ön plana çıxarıb. Təhlillərə görə, tədbir görülməsə, Yaxın Şərq ölkələri İsrailin növbəti hədəfinə çevrilə bilər.

Sonda qeyd olunub ki, Misir Qahirədə yerləşəcək birgə hərbi komandanlıq ideyasını irəli sürüb, İranisə daha genişmiqyaslı “İslam NATO-su” tipli müdafiə paktı çağırışı ilə çıxış edib.\Globalinfo.az

Seçilən
0
1
Ajans.az

2Mənbələr