ABŞ prezidenti Donald Trampın təyyarəsi Böyük Britaniyaya uçuş zamanı Nyu-York üzərində sərnişin təyyarəsi ilə toqquşmaqdan son anda xilas olub.
Musavat.com xəbər verir ki, “Bloomberg”in məlumatına görə, iki təyyarə hava məkanında təhlükəli dərəcədə bir-birinə yaxınlaşıb.
Hadisə zamanı aviadispetçer qəza riskini görərək dərhal sərnişin təyyarəsinin kursunu dəyişib və bununla da toqquşmanın qarşısını alıb.
Məlumatda qeyd olunur ki, hadisə nəticəsində xəsarət alan olmayıb. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) insidentlə bağlı araşdırmaya başlayıb.
Musavat.com