AZ

UEFA Çempionlar Liqası: Bavariya evdə, İnter isə səfərdə qələbə qazandı

ain.az bildirir, Oxu.az portalına istinadən.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyunlar keçirilib.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə "Ayaks" - "İnter", "Bavariya" - "Çelsi" qarşılaşmaları baş tutub.

Turun maraqla gözlənilən oyunlarından biri Münhendə keçirilib. Yerli "Bavariya" komandası evdə "Çelsi" üzərində 3:1 hesabı ilə qələbə qazanıb.

Görüşün qəhrəmanı həmyerlilərini iki dəfə (biri penaltidən olmaqla) cəzalandıran ingiltərəli futbolçu Harri Keyn olub. "Bavariya"nın inamlı qələbə qazandığı matçda Treva Çaloba avtoqolla yadda qalıb. "Çelsi"nin təsəlli qoluna Koul Palmer imza atıb.

Digər görüşdə "İnter" "Ayaks" səfərindən üç xalla qayıdır. Bu matçda isə dubl edən Markus Türam Milan təmsilçisinin 0:2 hesablı qələbəsini təmin edib. Hakan Çalhanoğlu hər iki qolun məhsuldar ötürməsini verib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
50
oxu.az

10Mənbələr