Böyük Britaniya səfəri zamanı ABŞ prezidenti Donald Trampın təyyarəsi Nyu-York səmasında sərnişin təyyarəsinə çox yaxınlaşıb.
Bu haqda “Bloomberg“ məlumat yayıb.
Agentliyin məlumatına görə, təhlükəli yanaşmanı aviadispetçer hiss edib və o, sərnişin təyyarəsinin ekipajına toqquşmadan qaçmaq üçün kursunu tənzimləməyi əmr edib.
Qeyd edək ki, Tramp sentyabrın 16-da Britaniyaya səfər edib./APA
Tarix: 18 Sentyabr 2025, 01:22