AZ

Aeroportdan şəhərin mərkəzinə neçəyə gedə bilərik? - Qiymətlər

Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində yeni taksi terminalı quraşdırılıb. Bu yeniliklə, sərnişinlər artıq taksi sürücüləri tərəfindən müəyyən edilən ixtiyari qiymətlərlə üzləşməyəcəklər.

News24.az BAKU.WS-ə istinadən xəbər verir ki, yeni sistem aeroportdan şəhər mərkəzinə və populyar otellərə gedən marşrutlar üçün standart qiymətlər müəyyənləşdirib.

Qiymətlər Azərbaycan manatı (AZN) və ABŞ dolları (USD) ilə göstərilir, bu da beynəlxalq səyahətçilərə asanlıq yaradır. Terminalın quraşdırılması ilə taksi xidmətləri daha mütəşəkkil hala gətirilib, uzun növbələr azalıb və ödənişlər elektron şəkildə həyata keçirilə bilər.

Əsas marşrutlar və qiymətlər

Aeroportdan müxtəlif ünvanlara taksi qiymətləri aşağıdakı kimi müəyyənləşdirilib (qiymətlər təqribi olaraq AZN və USD formatında göstərilir, aktual məzənnəyə əsasən):

Qiymətlər məsafəyə əsasən hesablanır:

• Açılış qiyməti (3 km qədər): 6 ₼

• 3-25 km arası: Hər km üçün 0.95 ₼

• 26 km-dan yuxarı: Hər km üçün 0

.70 ₼


Seçilən
38
2
news24.az

10Mənbələr