AZ

EVİ YANDI, KOMPENSASİYA ALA BİLMİR... - Keçmiş məcburi köçkün rəsmi qurumlardan kömək istəyir

Hazırda Ağcabədi rayonunda yaşayan keçmiş məcburi köçkün Kərimov Murad Əhliyyət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi evinin yandığını və ona kompensasiya ödənilmədiyini bildirir:

“Mən, Kərimov Murad Əhliyyət oğlu, yazaraq problemimi işıqlandırmağınızı sizdən xahiş edirəm.

2000-ci ildə ailə həyatı qurmuşam. Elə həmin ilin sentyabr ayında 2 otaqlı evim qısaqapanma nəticəsində yanaraq kül oldu. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə və “Azərişıq”ASC-yə dəfələrlə müraciət etmişəm. Fövqəladə Hallar Nazirliyindən belə bir sənəd verdilər ki, sizə 4300 manat dəyərində ziyan dəyib. Amma bu günə kimi həmin vəsait ödənilməyib. Hara müraciət edirəm, deyirlər ki, Laçın Rayon İcra Hakimiyyətinə get, sığorta tələb elə. Ulu Öndərin vaxtında belə bir sərəncam var ki, qaçqına sığorta yoxdur.

Aidiyyəti qurumlardan xahiş edirəm ki, mənə dəyən zərər qarşılansın". 

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat xidmətinə məlumat verilib. Hazırda vətəndaşın müraciəti araşdırılır. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Seçilən
8
1
hurriyyet.az

2Mənbələr