AZ

Fransada qənaət siyasətinə qarşı etiraz aksiyaları: 55 nəfər saxlanıldı VİDEO

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fransada hökumətin büdcə siyasətinin əleyhdarları qənaət siyasətinə qarşı etiraz aksiyaları keçirir. Ölkənin ən böyük həmkarlar ittifaqlarının çağırışı ilə təhsil, səhiyyə, ictimai nəqliyyat və digər sektorlarda çalışan işçilər hakimiyyətin tətbiq etdiyi iqtisadi məhdudiyyətlərə etiraz olaraq tətilə başlayıblar.Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, qənaət tədbirlərinə qarşı keçirilən kütləvi nümayişlərdə təxminən 29,000 adam iştirak edib. Etiraz aksiyasında nəqliyyat və digər sektorlarda 900 minə yaxın işçinin iştirakı gözlənilir.Bu gün səhər saatlarından müxtəlif həmkarlar ittifaqlarının nümayəndələri küçələrə axışıb. BFMTV-nin məlumatına görə, artıq 55 nəfər saxlanılıb.Bu, “Hər şeyi blokla” şüarı altında keçirilən ikinci etiraz dalğasıdır. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəlki etirazlarda 200 minə yaxın insan iştirak edib. Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
bizim.media

2Mənbələr