AZ

Putinin adamı istefa verdi: Görün nə işlə məşğul olacaq

Rusiya Prezidentinin İcra Aparatı rəhbərinin müavini Dmitri Kozak istefa verib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks”a məlumatlı mənbə danışıb.

Qeyd edək ki, bir gün əvvəl RBC də Kozakın istefa ərizəsini həftəsonu təqdim etdiyini bildirib.

"Kozakın xahişi təmin edilib və cümə günü onun vəzifəsində sonuncu iş günü olacaq", - mənbə vurğulayıb.

Həmçinin bildirilir ki, bəzi mənbələrə görə, Kozak bundan sonra bizneslə məşğul olacaq.

Seçilən
1
publika.az

1Mənbələr