AZ

Təhlükəli asteroid Yerin yaxınlığından keçdi

Ajans.az xəbər verir ki,bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi Telegram kanalında yayımlanıb. Qeyd edək ki, 2025 FA22 asteroidi orbitinin trayektoriyası baxımından Yer üçün potensial risk daşıyan obyektlərdən biri hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, bu dəfəki yaxınlaşma təhlükəsiz məsafədə baş verib və təhlükə yaratmayıb.

Avropa Kosmik Agentliyinə görə, belə obyektlər mütəmadi şəkildə izlənilir və onların trayektoriyası dəqiq hesablanır. 2025 FA22-nin bu yaxınlaşması da əvvəlcədən proqnozlaşdırılıb və vəziyyət nəzarət altında olub.

Seçilən
20
Ajans.az

1Mənbələr