AZ

Deməzdim ki, hesab oyuna görə oldu 8:0 ın memarı

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə Azərbaycan 2-ci Liqasının 2-ci turunda "Ağstafa Gəncləri"ni qəbul edən "Qaradağ Lökbatan" 8:0 hesablı qələbə qazandı. İlk turda qonaq qismində "Quba"ya məğlub olmuş (0:2) lökbatanlıların baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb darmadağını şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Birinci turda "Quba"ya uduzmuşduq. Bu matçda qələbə qazanmaq istəyirdik. Oyuna çox ciddi hazırlaşmışdıq. Hamımız görüşün məsuliyyətini dərk edirdik. İkinci dəqiqədə qol vurduq və oyun istədiyimiz kimi alındı.Deməzdim ki, hesab oyuna görə oldu, çünki rəqib də hücumlar edir, mübarizə aparırdı. Onların da qol vəziyyətləri oldu. Lakin biz yaxaladığımız fürsətlərdən yaxşı istifadə etdik. Ağstafa təmsilçisini yaxşı tanımırdıq. Yalnız "Şəki Siti" ilə oyunlarına baxmışdıq. Öz futbolumuzu oynamağa çalışdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Komandamı təbrik edirəm. Yenə deyirəm, hesab oyuna görə deyildi. Rəqibə uğurlar arzulayıram. Artıq bu qarşılaşmanı yaddan çıxarıb növbəti matça köklənməliyik".

Qeyd edək ki, "Qaradağ Lökbatan" növbəti oyununu səfərdə "Şəki Siti"yə qarşı keçirəcək.

Nihat

 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
fanat.az

2Mənbələr