AZ

Samsung istifadəçilərinə xəbərdarlıq Risk aşkar edildi

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" bütün "Galaxy" telefonlarına təsir edən ciddi təhlükəsizlik boşluğunun aşkarlandığını açıqlayıb.

Milli.Az xəbər verir ki,şirkətin məlumatına görə, zəiflik 13 avqust 2025-ci ildə "WhatsApp"ın tərtibatçıları tərəfindən tapılıb və artıq aradan qaldırılıb.

Məlumata görə, sıfır günlük zəiflik cihazlarda zərərli proqramların quraşdırılmasına imkan verirdi. Bu boşluq Android 13-dən Android 16-ya qədər işləyən bütün "Samsung" cihazlarını təhdid edib. Lakin hələlik bu boşluğun real hücumlarda istifadə olunub-olunmadığı məlum deyil.

"Samsung" bildirib ki, boşluq telefonların qrafik kitabxanasında yerləşirdi. Potensial olaraq, hücumçular bu zəiflikdən istifadə edərək istifadəçilərin şəxsi məlumatlarına çıxış əldə edə bilərdi.

"Samsung" telefon sahiblərinə təhlükəsizlik yeniləmələrini yoxlamaq tövsiyə olunur. Şirkət artıq boşluğu bağlayan yeniləmə yayıb və onu quraşdırmaqla risklər aradan qalxacaq.

Ekspertlər vurğulayırlar ki, bu cür hallarda rəsmi mənbələrdən olmayan proqramların quraşdırılmaması və sistem yeniləmələrinin vaxtında aparılması mühüm əhəmiyyət kəsb edir.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
news.milli.az

3Mənbələr