AZ

Ağdamda üçüncü yaşayış kompleksinin tikintisi başlayır

XOCALI , 18 sentyabr. TELEQRAF

Ağdam şəhərinə bu ilin payız aylarında ilk köçün reallaşacağını gözləyirik. İkinci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, paralel olaraq dördüncü və beşinci yaşayış kompleksinin tikintisi başlanıb tam sürətlə davam edir.

“Eyni zamanda sentyabr və oktyabr aylarında üçüncü yaşayış kompleksinin tikintisinə başlayırıq. İlin sonuna doğru birinci yaşayış kompleksinin tikintisinə start veriləcək. Ümumilikdə Füzuli şəhərində ikinci yaşayış kompleksinin şaquli planlama işlərinə bu ay başlamağı planlaşdırır. İlin sonuna qədər də tikinti layihəsinə start veriləcək. Gələn il də üçüncü yaşayış kompleksinə başlamağı planlaşdırırıq. Kəndlərə gəldikcə Ağdamda üç kənd artıq təhvil verilib. Artıq keçmiş məcburi köçkünlər yaşamağa başlayıb. Bu Xıdırlı, Kəngərli və Sarıcalı kəndləridir. Hal hazırda sentyabr ayında digər 2 kəndində tikintisinə başlanır” ,- xüsusi nümayəndə vurğulayıb.

Seçilən
4
teleqraf.com

1Mənbələr