AZ

Rusiya və Ukrayna arasında hərbçilərin cəsədlərinin mübadiləsi baş tutub

Rusiya və Ukrayna xüsusi əməliyyat zonasında həlak olan hərbçilərin cəsədlərinin növbəti mübadiləsini həyata keçirib.

Bu barədə RBK-ya Rusiya parlamentinin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi, Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib.

1 000 hərbçinin qalıqları Ukraynaya, 24-ü isə Rusiyaya təhvil verilib.

Xatırladaq ki, sonuncu mübadilə avqustun 19-da baş tutub. İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirmişdi ki, Rusiya 19 rus əsgərinin cəsədi müqabilində Ukrayna Silahlı Qüvvələrinin 1 000 hərbçisinin qalıqlarını Ukraynaya təhvil verib.

Yayın əvvəlində İstanbul danışıqları zamanı mübadilə ilə bağlı razılaşmalar əldə olunub. İyunun ortalarına qədər Ukrayna Silahlı Qüvvələrinin 6 000-dən çox həlak olmuş əsgərinin qalıqları təhvil verilib.

Paralel olaraq məhbus və ağır yaralı mübadiləsi aparılıb. İyulun 23-də hər tərəfin ən azı 1200 nəfəri təhvil verməsi barədə razılıq əldə olunub.
Seçilən
0
1
7news.az

2Mənbələr