AZ

Aysel Teymurzadə səhnə geyiminə görə tənqid olundu - Fotolar

Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib. "Bakuinfo" xəbər verir ki, gecədə səhnəyə çıxanlar arasında uzun illər sənətdən uzaqlaşan "Avroviziya" təmsilçimiz Aysel Teymurzadə də yer alıb. Müğənni səhnədə "Avroviziya"da oxuduğu məşhur "Always" mahnısını səsləndirib.  Ayselin geyimi isə günlərdir müzakirə obyekti olub. Belə ki, sosial şəbəkədə onun səhnə paltarı tənqid edilib. Gecə üçün parıltılı karset və şalvar seçən Ayselə tərzi yaraşdırılmayıb. İzləyicilər geyimin həm onu artıqçəkili göstərdiyini, həm də səhnə üçün olmadığını yazıblar. 

Seçilən
102
15
bakuinfo.net

10Mənbələr