AZ

Gəncədə yük maşını iki avtomobilə çırpılaraq aşıb - FOTO

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az xəbər verir ki, şəhər ərazisində "QazEL "markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dayanan "Opel" və "Chevrolet " markalı minik maşınlarına çırpılıb. Qəzda sonra yük maşını yolun kənarına aşıb.
 
Yol qəzası zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
7News.Az
 
Seçilən
68
33
7news.az

10Mənbələr