Ajans.az xəbər verir ki,zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 90 kilometr aralıda, yerin 53,4 kilometr dərinliyində yerləşib. Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin oktyabrın 10-da verdiyi açıqlamada bildirilir ki, son 24 saat ərzində bölgədə maqnitudası 4,5 ilə 5,8 arasında dəyişən yeddi yeraltı təkan qeydə alınıb. Onlardan ikisi yaşayış məntəqələrində hiss olunub. Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.