AZ

Gəncədə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB

Oktyabrın 19-da 20:00 radələrində 4 nəfər (3 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, dəm qazının toksik təsiri diaqnozu təyin edilən 3 nəfərə Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1 nəfərə isə Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

19 oktyabr, 21.39

Gəncədə bir ailənin dörd üzvü – ana və üç azyaşlı övladı dəm qazından zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.

1992-ci il təvəllüdlü Ə. Səmədova, eləcə də onun övladları – 2016-cı il təvəllüdlü N. Səmədova, 2015-ci il təvəllüdlü N. Səmədov və 2025-ci il təvəllüdlü N. Səmədova (düzəliş ehtimal olunur – 2025 əvəzinə 2023 olmalıdır) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, ana və övladları evin qonaq otağında dəm qazından zəhərləniblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
50
2
apa.az

4Mənbələr