AZ

Nazir müavini: Azərbaycan Orta Dəhlizin əsas hərəkətverici qüvvəsinə çevrilib

Nəqliyyat və logistika sektoru Azərbaycanın milli iqtisadiyyatında strateji əhəmiyyət kəsb edir və ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsində həlledici rola malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi regionlararası nəqliyyat əlaqələrinin inkişafında unikal üstünlüklər yaradır.

Demokrat.az xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Orta Dəhlizin əsas hərəkətverici qüvvəsinə çevrilib.

“Orta Dəhlizin harada başlayıb harada bitməsindən asılı olmayaraq, Azərbaycan onun əsas sütunlarından biridir. Bununla yanaşı, Şimal-Cənub və digər beynəlxalq dəhlizlərə artan maraq ölkəmizin tranzit imkanlarını və beynəlxalq inteqrasiyasını daha da gücləndirir. Nəqliyyat infrastrukturuna yönəlmiş strateji layihələr həm iqtisadi müstəqilliyin dərinləşməsinə, həm də sosial rifahın yaxşılaşmasına xidmət edir. Son illər bu sahədə həyata keçirilən tədbirlər nəticəsində məşğulluq səviyyəsi artıb, orta aylıq əməkhaqqı 13 faizdən çox yüksəlib. Bu da sektorda dayanıqlı inkişafın göstəricisidir”, - deyə nazir müavini vurğualyıb.

Seçilən
34
2
demokrat.az

3Mənbələr