AZ

“Vərəmi ayı piyi ilə yox, düzgün dərmanla müalicə etmək lazımdır” - Həkimdən XƏBƏRDARLIQ

"İnsanlar düşünürlər ki, guya ayı piyi, bitki dəmləmələri, vitaminlər və ya digər xalq üsulları ilə vərəmi sağaltmaq mümkündür. Amma bu, tamamilə yanlış fikirdir".

Redaktor.az xəbər verir ki, bunları Səhiyyə Nazirliyinin instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qeyd etdi.

O bildirdi ki, vərəmin yeganə düzgün müalicəsi həkim tərəfindən təyin olunan antibakterial, vərəm əleyhinə dərmanlardır:

"Müalicə vərəm mikobakteriyasının növünə uyğun şəkildə düzgün dərman sxemi və müddəti ilə aparılmalıdır. Yalnız bu halda xəstə tam sağala bilər. Yəni nə ayı piyi, nə də hansısa xalq təbabəti üsulu vərəmi müalicə edir. Bunlar yalnız miflərdir. Mən bütün insanlara çağırış edirəm ki, bu miflərə inanmasınlar və vaxtında ftiziatra – mütəxəssis həkimə müraciət etsinlər".

Nuriyyə NATİQQIZI

Seçilən
103
3
redaktor.az

4Mənbələr