AZ

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazandı

Türkiyənin “Qalatasaray” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında Norveçin "Budyo Qlimt" klubunu qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

Ev sahiblərinin heyətində Viktor Osimhen dubl edərək fərqlənib. Digər qol isə Yunus Akgünün hesabına yazılıb. Qonaqlardan yalnız Andreas Helmersen fərqlənə bilib.

Bu nəticədən sonra turnir cədvəlində “Qalatasaray” 6 xalla 11-ci, "Budyo Qlimt" isə 3 xalla 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Türkiyə klubu əvvəlki turda evdə İngiltərənin “Liverpul” komandasına minimal hesabla qalib gəlmişdi.

Seçilən
43
8
90deqiqe.az

10Mənbələr