ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bolivar Respublikası ABŞ-dan gələn hərbi təhdidlərə qarşı durmaq üçün Rusiyanın təxminən 5000 "İqla-S" daşınan raket kompleksinə malikdir.
Bizimyol.info xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.
"Dünyada istənilən hərbi qüvvəyə "İqla-S"in gücü məlumdur və Venesuelada ən azı 5000 "İqla" var", - deyə AFP Maduroya istinadən məlumat verib.
Vaşinqton Venesuela hökumətini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə kifayət qədər səy göstərməməkdə ittiham edir.
Sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin ABŞ-ın Venesuela narkotik kartelləri ilə əlaqəli olduğuna inandığı gəmilərə hücumlarını davam etdirəcəyini bildirib. Amerika mediası ABŞ-ın yaxın bir neçə həftə ərzində Venesuelada narkotik kartelinin hədəflərini vurmağa başlaya biləcəyini yazıb.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.