BAKI, 24 oktyabr. TELEQRAF
Azərbaycanda fəaliyyət göstərən qadın hakimlərin sayı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Nizami Səfərov məlumat verib.
Onun sözlərinə görə, 2019-cu ilə qədər təyin edilmiş 415 hakimin cəmi 63 nəfəri (15,1%) qadın olduğu halda, sonrakı illərdə təyin edilən 254 hakimin 119 nəfəri (46,9%) qadınlardır.
“Belə bir yanaşma ölkəmizdə gender bərabərliyinin təmin olunması və qadınların məhkəmə sistemində fəal iştirakının bariz nümunəsidir. Hazırda məhkəmə sistemində qeyd etdiyim 645 nəfər fəaliyyət göstərən hakimlərdən 175 nəfərini qadınlar təşkil edir”, - deyə bildirib.