ABŞ ordusu Karib hövzəsində narkotik daşıyan daha bir gəmiyə zərbə endirib.
Bu barədə ABŞ-ın müdafiə katibi Pit Heqset açıqlama yayıb.
Bildirilir ki, hücum nəticəsində 6 nəfər ölüb.
Qeyd olunub ki, müdafiə katibi gəminin Venesuelanın “Tren de Aragua” dəstəsinə məxsus olduğunu bildirib. Bu, son bir neçə ayda ABŞ-ın beynəlxalq sularda narkotik daşıdığı deyilən gəmilərə 10-cu zərbəsidir. \\Axar.Az