AZ

ErmənistanABŞ-dən NATO standartlarına uyğun yeni hərbi geyimlər alacaq

BAKI, 25 oktyabr. TELEQRAF

Ermənistan Müdafiə Nazirliyi yaxın günlərdə ABŞ-dən NATO standartlarına uyğun hazırlanmış ilk partiya hərbi formasını alacaq.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

Suren Papikyan deyib ki, Ermənistan Silahlı Qüvvələri sovet dövründən qalma hərbi geyimlərdən imtina edəcək:

"Biz çox sevdiyimiz sovet nümunəli formadan imtina edəcəyik. Yeni formalar Qərb standartlarına uyğun olacaq, lakin üzərində milli simvolika yer alacaq".

Nazir əlavə edib ki, o, geyim nümunələri ilə yaxın günlərdə Vaşinqtonda tanış olub, lakin hazırda formaları ictimaiyyətə təqdim etmək mümkün deyil.

Seçilən
92
teleqraf.com

1Mənbələr