AZ

Zaqatalada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Zaqatala, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qırx dörd gün davam edən və şanlı Zəfərlə başa çatan Vətən müharibəsində mərdliklə vuruşaraq canlarından keçən Zaqatala rayonunun igid oğulları – Zaqatala şəhərindən olan Rəsul Süleymanlı, Mazıx kəndindən Əhməd Putiyev, Danaçı kəndindən Elxan Ramazanov, Qımır kəndindən İsrafil Abdurahmanov və Xəqani Murtuzəliyevin şəhadətə yüksəlmələrinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının məsul şəxsləri, ictimaiyyətin nümayəndələri, ailə üzvləri və doğmaları, sakinlər onların məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.

Mərasimlərdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışıb, onların qanının yerdə qalmadığını, düşməndən qisas alındığını, doğma Qarabağımızın işğaldan tamamilə azad olunduğunu bildirib, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.

Şəhidlərin doğmaları ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

 

Seçilən
70
azertag.az

1Mənbələr