AZ

Allahşükür Paşazadə bu gün Vatikana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Vatikana səfər edəcək.

XəzərNews.az xəbər verir ki, bununla bağlı QMİ məlumat yayıb.

A.Paşazadə sabah Dinlərarası Dialoq Dikasteriyası Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə Nostra Aetate sənədini təqdir etmək, eləcə də sülh və barışıq, dinlərarası dialoqun zəruri əhəmiyyətini bir daha təsdiqləmək üçün nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində QMİ sədrinin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən, müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur.

Xəbər 3 dəfə oxunub.
Seçilən
43
28
xezernews.az

10Mənbələr