AZ

Orban Rusiyanın tərəfini TUTDU

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqının Qərbdə dondurulmuş Rusiya maliyyə aktivlərini istifadə etmək niyyəti Rusiya ilə birbaşa qarşıdurmaya  və “müharibəyə giriş” ola bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban xəbərdarlıq edib.

“Brüssel Rusiyanın Avropadakı valyuta ehtiyatlarını ələ keçirmək və istifadə etmək üçün yeni bir möcüzə silahı əldə edib. Bu, Rusiya ilə Avropa arasında qarşıdurma yarada və ya hətta müharibəyə aparan bir mərhələ ola bilər. Münaqişənin daha da dərinləşməsinin qarşısı yalnız Rusiya və Avropa arasında birbaşa danışıqlarla alına bilər. Biz son günlərdə keçirilən görüşlərdə bu məsələdə israr etmişik”, – deyə Orban "Facebook" səhifəsində yazıb.

Orban daha əvvəl də Aİ-nin Rusiya aktivlərini müsadirə etməsinə qarşı çıxmış, bunun Moskvanın sərt reaksiyasına səbəb ola biləcəyini bildirmişdi. O, həmçinin bu məsələni Rusiya Prezidenti Vladimir Putinlə məktub vasitəsilə müzakirə etdiyini deyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
1
cebheinfo.az

2Mənbələr