AZ

AYİB Azərbaycanda "yaşıl maliyyələşmə"yə dəstəklə bağlı yeni proqramı nəzərdən keçirir

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda“Azərbaycanın yaşıl iqtisadiyyatı”nın maliyyələşmə proqramını(Green Economy Financing Facility - Azerbaijan, GEFF - Azerbaijan)işə salmaq imkanını nəzərdən keçirir. 100 milyon ABŞ dollarıhəcmində olan bu təşəbbüs beş illik müddət ərzində yerli tərəfdaşmaliyyə qurumları (PFI) vasitəsilə “yaşıl maliyyələşmə"yə dəstəyəhədəflənib.

Trend bu barədəAYİB-ə istinadən xəbər verir.

Proqram təsdiqlənəcəyi halda, banklara, mikromaliyyətəşkilatlarına və lizinq şirkətlərinə enerji səmərəliliyi, bərpaolunan enerji mənbələri, resurslardan səmərəli istifadə, dövriiqtisadiyyat və iqlim dayanıqlığı sahələrində layihələr həyatakeçirən özəl borcalanlara kreditlər vermək üçün maliyyə vəsaitləritəqdim ediləcək.

Təşəbbüs Azərbaycanda “yaşıl maliyyələşdirmə" üzrə pilot proqramkimi nəzərdə tutulur və ölkənin “yaşıl iqtisadiyyata keçid” (GreenEconomy Transition, GET) prosesinə töhfə verməyi hədəfləyir. Layihəyerli maliyyə institutlarının potensialını gücləndirməyə yönəlib.Bunun üçün onlara yalnız maliyyə dəstəyi deyil, həm də texnikiyardım göstəriləcək ki, bu da dayanıqlı texnologiyalara yatırılaninvestisiyaların portfelini genişləndirməyə imkan verəcək.

Bundan əlavə, "GEFF – Azerbaijan" təşəbbüsü “yaşıl kreditləşmə"sahəsində mövcud maneələri aradan qaldırmaq və qadınlarla kişilərüçün “yaşıl maliyyələşdirmə"yə bərabər çıxışı təmin etmək məqsədidaşıyır.

Proqram, həmçinin 2024-cü ilin noyabrında Bakıda keçirilmişCOP29 tədbirindən sonra Azərbaycanın ekoloji dayanıqlılıq sahəsindəartan fəallığına, tənzimləyici qurumların fəal iştirakına vəbeynəlxalq ictimaiyyətin diqqətinin güclənməsinə əsaslanır.

Məqalədə:
Seçilən
46
3
az.trend.az

4Mənbələr