AZ

ABŞ Rumıniyadakı hərbçilərinin ixtisarı barədə Buxaresti məlumatlandırıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Birləşmiş Ştatlar Rumıniyadakı hərbçilərinin təxminən 700-nü ixtisar edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin press-relizində deyilir.

“ABŞ qlobal mövqeyinin yenidən qiymətləndirilməsi çərçivəsində NATO-nun şərq cinahında yerləşdirilən qoşunlarının sayında ediləcək dəyişikliklər barədə bizi məlumatlandırıb. Avropada rotasiyası dayandırılacaq hərbi hissələr arasında Rumıniyaya yerləşdirilən qüvvələr də var”, - deyə sənəddə bildirilir.

Rumıniya Müdafiə Nazirliyi, həmçinin bundan sonra ölkədə təxminən 1000 amerikalı hərbçinin qalacağını qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
2
azertag.az

3Mənbələr