AZ

“Melissa” qasırğası səbəbindən 735 mindən çox insan təxliyə edilib

ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kubada “Melissa” qasırğası səbəbindən 735 mindən çox insan təxliyə edilib.

Missiya.Az  xəbər verir ki, bu barədə ölkə prezidenti Migel Dias-Kanel “X” sosial şəbəkəsində paylaşım edib.

Prezident bildirib ki, qasırğa ölkənin bir çox bölgəsində təhlükəli vəziyyət yaradıb:

“Bütün Kuba xalqı üçün çox çətin bir gecə olacaq, amma biz bunun öhdəsindən gələcəyik.”

ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) məlumatına görə, “Melissa” qasırğası Kubanın cənub-şərq sahillərinə 3-cü kateqoriya gücündə çatıb.

Qurumun oktyabrın 27-də yaydığı açıqlamada qeyd olunub ki, qasırğanın küləklərinin sürəti saatda 260 kilometrə çatıb və bu, “Melissa”nın intensivliyini 5-ci kateqoriyaya yüksəldib.

Seyranə QuliyevaMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
12
missiya.az

10Mənbələr